Endokrinoloq qəbulu
Anamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.
ƏtraflıHamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan sonra hormonal təqib.
Hamiləlikdən əvvəl, hamiləlik dövründə və doğuşdan sonra hormonal göstəricilərin izlənməsi və tənzimlənməsidir. Qalxanabənzər vəz hormonları, qan şəkəri, prolaktin və digər göstəricilər həm ananın, həm də dölün sağlamlığına birbaşa təsir edir.
Hamiləlik planlayan hər qadına tiroid funksiyasının (TSH) yoxlanılması tövsiyə olunur. Xüsusilə aşağıdakı hallarda:
Şəkərli diabeti olan qadınlar hamiləlik planlamazdan əvvəl xəstəliyin və antidiabetik dərmanların ana və dölə mümkün təsirləri barədə məlumatlandırılmalı, göstəricilər hamiləlikdən əvvəl hədəfə gətirilməlidir.
Hamiləlikdə müalicə olunmayan hipotireoz ana üçün ürək-damar problemləri və yüksək təzyiq, döl üçün isə inkişaf geriliyi, düşük və erkən doğuş riskini artırır. Buna görə hamilə qalan hər qadına ən azı bir dəfə tiroid hormonuna baxdırmaq tövsiyə olunur. Əvvəldən hipotireozu olan qadınlar hamiləlikdən əvvəl, hamiləlik zamanı və doğuşdan sonra həkim nəzarətində olmalıdır.
Bütün hamilələrdə aclıq qlükozası yoxlanılır; risk qrupunda olmayan hamilələrdə 24–28-ci həftədə qlükoza tolerantlıq testi (OGTT) aparılır. Risk faktorları olan hamilələrdə müayinələr daha erkən başlanır.
Hamiləlik dövründə antihipertenziv dərmanlar özbaşına istifadə edilməməlidir.
Haşimoto tiroiditi, hipotireoz və ya şəkərli diabet hamiləliyə mane deyil. Göstəricilər nəzarətdə saxlanıldıqda, dərman düzgün istifadə edildikdə və təqib müayinələri vaxtında aparıldıqda sağlam hamiləlik və sağlam doğuş mümkündür.
Bu, fərdi proqnoz və ya nəticə vədi deyil. Hər hamiləlik ayrıca qiymətləndirilir və ginekoloqla birgə idarə olunur.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Hamiləlikdə hipotireozun müalicəsiz qalması müalicənin özündən daha böyük risk daşıyır. Dərman və doza həkim tərəfindən təyin olunur və hamiləlik boyunca tənzimlənir. Dərmanı öz-özünə kəsmək olmaz.
Xeyr. Dərmanın qəbul saatını dəyişmək mümkün ola bilər, lakin bu, mütləq həkimlə razılaşdırılmalıdır. Dərmanın kəsilməsi göstəricilərin ciddi pozulmasına gətirir.
Haşimoto tiroiditi özlüyündə hamiləliyə mane olan diaqnoz deyil. Vacib olan hormon göstəricilərinin hədəfdə saxlanması və müntəzəm təqibdir.
Hamiləlik diabeti adətən doğuşdan sonra geri dönür, lakin bu qadınlarda gələcəkdə tip 2 diabet riski yüksək qalır. Buna görə doğuşdan sonra və sonrakı illərdə müntəzəm qan şəkəri nəzarəti tövsiyə olunur.
Anamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.
ƏtraflıDiaqnozdan uzunmüddətli təqibə qədər: dərman seçimi, hədəf göstəricilər, ağırlaşmaların erkən aşkarlanması.
ƏtraflıÇəki artımının səbəbi araşdırılır; həyat tərzi, tibbi müalicə və lazım gəldikdə cərrahi yönləndirmə.
ƏtraflıQəbul zamanı həkim tərəfindən icra olunan tiroid USM-i.
ƏtraflıEndokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.