Şəkərli diabetin idarə olunması
Diaqnozdan uzunmüddətli təqibə qədər: dərman seçimi, hədəf göstəricilər, ağırlaşmaların erkən aşkarlanması.
ƏtraflıAnamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.
Endokrinoloq qəbulu hormonal və metabolik pozğunluqların aşkarlanması üçün aparılan tam tibbi baxışdır. Qəbul üç hissədən ibarətdir: ətraflı anamnez (şikayətlər, xəstəlik tarixçəsi, ailə anamnezi, qəbul edilən dərmanlar), fiziki müayinə və hədəflənmiş laborator-instrumental qiymətləndirmə. Diaqnoz bu üç mənbənin birlikdə dəyərləndirilməsi ilə qoyulur.
Endokrin xəstəliklər fərqli simptomlarla özünü göstərir və xəstələr çox vaxt əvvəlcə başqa ixtisas həkimlərinə müraciət edir. Aşağıdakı şikayətlər endokrinoloji müayinə üçün əsasdır:
Bəzən endokrin xəstəliklər heç bir klinik əlamət vermədən irəliləyir və orqan zədələnməsi mərhələsində aşkarlanır. Ailənizdə şəkərli diabet, tiroid xəstəliyi və ya piylənmə varsa, şikayət olmadan da profilaktik müayinədən keçmək məsləhətdir.
Şikayətləriniz, nə vaxt başladığı, necə dəyişdiyi soruşulur. Keçirdiyiniz xəstəliklər, əməliyyatlar, ailə anamnezi qeyd olunur. Hazırda qəbul etdiyiniz bütün dərmanlar — adı və dozası ilə — yazılır.
Boy, çəki, bədən kütlə indeksi, bel çevrəsi, arterial təzyiq, nəbz ölçülür. Qalxanabənzər vəz nahiyəsi, dəri, büküş yerləri, ayaqlar müayinə edilir.
Gətirdiyiniz analizlər və müayinələr xronoloji ardıcıllıqla nəzərdən keçirilir.
Ehtiyaca görə laborator testlər təyin olunur. Qalxanabənzər vəz üçün ultrasəs müayinəsi qəbul zamanı icra edilir.
Diaqnoz dəqiqləşdikdən sonra müalicə planı qurulur, izah edilir və növbəti nəzarət tarixi təyin olunur.
Tövsiyə: Dərmanların qutu üzərindəki ad hissəsini kəsib bir vərəqə yapışdırın və ya şəklini çəkin. "Bir dənə qırmızı dərman içirəm" cavabı düzgün müalicə seçimini çətinləşdirir və səhvə yol aça bilər.
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Qan şəkəri, insulin, lipid profili kimi testlər planlaşdırılırsa ac gəlmək tələb oluna bilər. Qeydiyyat zamanı bunu dəqiqləşdirin. Qalxanabənzər vəzin ultrasəs müayinəsi üçün ac və ya tox olmağın fərqi yoxdur.
Endokrinologiyada laborator müayinə diaqnozun əsas dayaqlarındandır. Analiz olmadan yazılan dərman ya təsirsiz olur, ya da zərər verə bilər. Buna görə müayinəsiz müalicə başlanmır.
Bu, diaqnozdan asılıdır. Bəzi hormonal pozğunluqlarda göstəricilər həftələr ərzində, bəzilərində aylarla dəyişir. Endokrin xəstəliklərdə dərman dozası hədəfə çatana qədər tədricən tənzimlənir — buna görə təqib müayinələri vacibdir.
təsdiq gözlənilir
Diaqnozdan uzunmüddətli təqibə qədər: dərman seçimi, hədəf göstəricilər, ağırlaşmaların erkən aşkarlanması.
ƏtraflıÇəki artımının səbəbi araşdırılır; həyat tərzi, tibbi müalicə və lazım gəldikdə cərrahi yönləndirmə.
ƏtraflıQəbul zamanı həkim tərəfindən icra olunan tiroid USM-i.
ƏtraflıŞübhəli düyünlərdə xoşxassəli/bədxassəli fərqinin dəqiqləşdirilməsi.
ƏtraflıEndokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.