Media
Dr. Günel Musayevanın televiziya çıxışları, elmi təqdimatları və ictimai maarifləndirmə fəaliyyəti.
Televiziya
Mövzu: Alkoqolun endokrin xəstəliklərə təsiri.
Endokrin xəstəliklər üzrə müsahibə.
Video çıxışlar
Energetik içkilərin orqanizmə uzunmüddətli təsirləri: diabet, diş sağlamlığı, piylənmə, ürək-damar xəstəlikləri və sümük mineralizasiyasının pozulması.
Canlı yayımlar və birgə müzakirələr
- "Diabet, prediabet və kardiovaskulyar xəstəliklər" — kardioloq ilə birgə canlı yayım
- "Piylənmənin endokrin və alimentar səbəbləri" — dietoloq ilə birgə canlı yayım
- "Şəkərli diabetdə doğru bilinən yanlışlar" — Ramazan ərəfəsində ənənəvi maarifləndirmə görüşünün onlayn formatı
- "Şəkərli diabet və qastrointestinal xəstəliklər" — canlı yayım
- "Xronik xəstəlik olaraq piylənmə" — onlayn seminar
Elmi təqdimatlar
- Türkiyə Endokrinologiya və Metabolizma Xəstəlikləri Konqresi (42-ci) — poster təqdimatı; konqres kitabında dərc olunub
- Beynəlxalq konfrans, Roma (İtaliya) — klinik hal üzrə poster təqdimatı
- ATU Tədris Terapevtik Klinikası — "II tip şəkərli diabet müalicəsinə ümumi baxış" seminarı
- ATUREK 7 və ATUREK 8 — endokrinologiya kurslarında iştirak və çıxış
- Məruzə: "Transsfenoidal hipofizektomiya əməliyyatı keçirmiş akromeqaliya xəstəsində panhipopituitarizm və hamiləlik"
- Azərbaycan Tibb Universitetinin elmi konfransları — Endokrinologiya şöbəsi adından məruzələr (2017–2020); 3 diplom və 1 sertifikat
Elmi tədbirlərdə iştirak
Ölkədaxili və beynəlxalq endokrinologiya, diabet və metabolizm konfransları.
Sertifikatlar
Cəmiyyət üçün işlər
Klinikanın dəvəti ilə diabet xəstələri üçün iki gün ardıcıl, qruplar şəklində təmənnasız maarifləndirmə dərsləri keçirilib. Bu format hər il Ümumdünya Diabet Günü ərəfəsində təşkil olunurdu.
Endokrinoloq qəbulu və aclıq qan şəkərinin təyini pulsuz keçirilib; məqsəd gec qoyulan şəkərli diabet diaqnozunun və ağırlaşmaların qarşısını almaq olub.
Şagirdlərlə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda görüş.
Gənclər Günü çərçivəsində könüllü müayinə və dərman tənzimləməsi.
Diabet xəstələri üçün Ramazan ayında dərman qəbulu, qidalanma və fiziki aktivlik üzrə hazırlanmış çap materialı.
Müsahibə və şərh üçün
Müsahibə, şərh və ya çıxış dəvəti üçün: təsdiq gözlənilir