Endokrinoloq qəbulu
Anamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.
ƏtraflıQəbul zamanı həkim tərəfindən icra olunan tiroid USM-i.
Qalxanabənzər vəzin ultrasəs müayinəsi (USM) səs dalğaları ilə boyun nahiyəsindəki vəzin ölçüsünü, yerləşməsini, strukturunu, qanlanmasını və düyünlərin xarakteristikasını qiymətləndirən müayinə üsuludur. Tiroid düyünlərinin və struktur dəyişikliklərinin aşkarlanmasında əsas müayinə üsulu sayılır.
Dr. Günel Musayeva qalxanabənzər vəzin ultrasəs müayinəsini qəbul zamanı özü aparır. Bunun səbəbi klinik əlamətlərlə görüntünün eyni anda dəyərləndirilməsidir: xəstənin şikayətini dinləyən, boynunu əlləyən və eyni zamanda ekranda vəzin quruluşunu görən həkim düyünün xarakterini, qanlanmasını və şübhəli əlamətlərini birbaşa qiymətləndirə bilir.
Xüsusi hazırlıq tələb olunmur:
Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.
Xeyr. Diaqnoz klinik şikayətlər, ultrasəs müayinəsi və laborator testlərin birlikdə dəyərləndirilməsi ilə qoyulur. Bəzi hallarda əlavə olaraq incə iynə aspirasion biopsiya və ya ssintiqrafiya tələb olunur.
Əhalinin böyük hissəsində qalxanabənzər vəz düyünü rast gəlinir və onların əksəriyyəti xoşxassəlidir. Vacib olan düyünün ölçüsü deyil, ultrasəs xarakteristikası və hormonal aktivliyidir. Şübhəli əlamətlər varsa biopsiya tövsiyə olunur.
Xeyr, ultrasəs müayinəsi ağrısızdır. Yalnız boyun nahiyəsində ağrı olan xəstələrdə (məsələn, yarımkəskin tiroiditdə) datçikin toxunuşu narahatlıq verə bilər.
Anamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.
ƏtraflıDiaqnozdan uzunmüddətli təqibə qədər: dərman seçimi, hədəf göstəricilər, ağırlaşmaların erkən aşkarlanması.
ƏtraflıÇəki artımının səbəbi araşdırılır; həyat tərzi, tibbi müalicə və lazım gəldikdə cərrahi yönləndirmə.
ƏtraflıŞübhəli düyünlərdə xoşxassəli/bədxassəli fərqinin dəqiqləşdirilməsi.
ƏtraflıEndokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.