Şəkərli diabetin idarə olunması və təqibi

Diaqnozdan uzunmüddətli təqibə qədər: dərman seçimi, hədəf göstəricilər, ağırlaşmaların erkən aşkarlanması.

Qısa cavab

Şəkərli diabetin idarə olunması diaqnozdan başlayaraq uzunmüddətli təqibi əhatə edən xidmətdir. Bura hədəf göstəricilərin təyini, xəstəyə uyğun dərman seçimi, insulin terapiyasının başlanması və lazım gəldikdə dayandırılması, ağırlaşmaların erkən aşkarlanması və digər ixtisas həkimləri ilə birgə təqib daxildir. Diabet birdəfəlik müalicə ilə deyil, müntəzəm nəzarətlə idarə olunur.

Kimə lazımdır?

  • Yeni şəkərli diabet diaqnozu qoyulanlar
  • Şəkəri hədəfə düşməyən və ya dalğalanan xəstələr
  • Bir neçə dərman qəbul edən, lakin nəticə ala bilməyənlər
  • İnsulin istifadə edən tip 1 və tip 2 diabet xəstələri
  • Diabet fonunda böyrək, göz, sinir və ya ürək problemi aşkarlanan xəstələr
  • Hamiləlik planlayan diabetli qadınlar
  • Ramazan ayında oruc tutmaq istəyən diabet xəstələri

Təqib necə qurulur?

Hədəflər

Diabetin idarəsində üç əsas göstərici izlənir — beynəlxalq ədəbiyyatda buna "diabetin ABC-si" deyilir:

Diabetin ABC-si
HərfGöstərici
AA1c (HbA1c) — son 2–3 ayın orta qan şəkəri
BBlood pressure — arterial təzyiq
CCholesterol — xolesterin

Hədəf dəyərlər hər xəstə üçün fərdi təyin olunur: yaş, xəstəliyin müddəti, yanaşı xəstəliklər və hipoqlikemiya riski nəzərə alınır.

Müntəzəm nəzarət

  • Gündəlik və ya həftəlik qan şəkəri ölçmələrinin qeydiyyatı
  • 3 aydan bir laborator nəzarət
  • İldə ən azı bir dəfə böyrək funksiyasının (kreatinin, GFR, sidikdə albumin) dəyərləndirilməsi
  • İldə bir dəfə göz dibinin oftalmoloq tərəfindən müayinəsi
  • Kardioloji dəyərləndirmə
  • Ayaqların müntəzəm baxışı

Multidissiplinar komanda

Göstəriş olduqda xəstə dietoloq, kardioloq, oftalmoloq, nevroloq, nefroloq, ginekoloq, cərrah, stomatoloq və psixoloqa yönləndirilir.

Dərman seçimində nələr nəzərə alınır?

Dərman yalnız qan şəkərini salmaq üçün deyil, hədəf orqanları qorumaq üçün seçilir. Böyrək filtrasiya sürəti, qaraciyər funksiyası, ürək vəziyyəti, hipoqlikemiya riski, çəki və xəstənin gündəlik rejimi seçimi dəyişir. Eyni diaqnozla gələn iki xəstəyə eyni sxem yazılmır.

Vacib

Şəkəriniz normallaşdıqda belə dərmanı öz-özünə kəsmək olmaz. Dərmanın təsiri ilə əldə olunan normal göstərici sağalma demək deyil.

Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.

Sual-Cavab

Tez-tez verilən suallar

İnsulin başlasam ona asılı qalaram?

İnsulin asılılıq yaratmır. Uzun müddət çox yüksək qan şəkəri mədəaltı vəzin insulin ifrazını zəiflədir; insulin bu yükü aradan qaldıraraq vəzin bərpasına şərait yarada bilir. Bir çox xəstədə göstəricilər hədəfə düşdükdən sonra insulin dayandırılıb tabletli müalicəyə keçmək mümkün olur. Qərar laborator göstəricilərə əsasən verilir.

Şəkər dərmanları böyrəyi və qaraciyəri zədələyirmi?

Düzgün seçilmiş və müntəzəm nəzarətdə istifadə olunan dərmanlar bu orqanlara zərər vermək üçün deyil, əksinə onları qorumaq üçün təyin olunur. Dərman seçimindən əvvəl böyrək filtrasiya sürəti hesablanır. Nəzarətsiz yüksək qan şəkəri isə həm böyrəyə, həm qaraciyərə, həm sinirlərə, həm də damarlara zədə vurur.

HbA1c nə qədər olmalıdır?

Hədəf fərdi təyin olunur. Bir çox yaşlı olmayan, ağırlaşması olmayan xəstə üçün ADA bələdçiləri 7%-dən aşağı hədəf təklif edir; hipoqlikemiya riski yüksək olan və ya çoxsaylı yanaşı xəstəliyi olanlarda hədəf daha yumşaq ola bilər.

Ramazanda oruc tuta bilərəmmi?

Bu qərar fərdi verilir və mütləq oruc başlamazdan əvvəl həkimlə müzakirə olunmalıdır. Risk qrupu qiymətləndirilir, dərman dozaları və saatları yenidən tənzimlənir, iftar və sahur qidalanması planlaşdırılır. Uzun müddət ac qalmaq həm hipoqlikemiya, həm hiperqlikemiya, həm də dehidratasiya riskini artırır.

Digər istiqamətlər

Fəaliyyət istiqamətləri

Endokrinoloq qəbulu

Anamnez, fiziki müayinə və hədəflənmiş laborator qiymətləndirmə ilə tam endokrinoloji baxış.

Ətraflı

Çəki idarəetməsi və piylənmənin müalicəsi

Çəki artımının səbəbi araşdırılır; həyat tərzi, tibbi müalicə və lazım gəldikdə cərrahi yönləndirmə.

Ətraflı

Qalxanabənzər vəzin ultrasəs müayinəsi

Qəbul zamanı həkim tərəfindən icra olunan tiroid USM-i.

Ətraflı

Tiroid incə iynə aspirasion biopsiyası

Şübhəli düyünlərdə xoşxassəli/bədxassəli fərqinin dəqiqləşdirilməsi.

Ətraflı

Qəbula yazılın

Endokrin xəstəliklərin böyük hissəsi erkən mərhələdə heç bir kəskin əlamət vermir. Şikayətiniz varsa və ya risk qrupundasınızsa, müayinəni təxirə salmayın.

Zəng WhatsApp Xəstəliklər Qəbul