Qısa cavab

Xeyr. Qalxanabənzər vəz düyünlərini əridən təsdiqlənmiş dərman və ya üsul yoxdur. Zəli, arı, qurbağa və oxşar xalq üsulları elmi əsasa malik deyil, faydasızdır və vaxt itkisinə səbəb olur. Düzgün yol düyünün xüsusiyyətini və hormonal aktivliyini araşdırdıqdan sonra müşahidə, dərman müalicəsi və ya cərrahiyyə qərarının verilməsidir.

Nə üçün bu sual bu qədər çox verilir?

Boyunda düyün aşkarlanan xəstə təbii olaraq narahat olur və "əməliyyatsız yol" axtarır. Bu narahatlıq başa düşüləndir. Problem odur ki, bu axtarış çox vaxt elmi əsası olmayan üsullara aparır.

Praktikada nə baş verir?

Bu üsulların zərəri yalnız faydasız olmaqları deyil. Praktikada belə "müalicələrdən" sonra ciddi psixoloji zədə alan, uzun müddət psixiatrik yardıma ehtiyac duyan və nəticədə həkimə güvənini itirən xəstələr rast gəlinir. Bu vaxt ərzində əsl diaqnoz qoyulmur və lazımi müalicə gecikir.

Bir başqa risk: düyünün müşahidə olunmaması. Şübhəli düyünün bir il gecikmə ilə araşdırılması nəticəsində düyünün iki dəfə böyüdüyü hallar olur.

Bəs düzgün yol nədir?

  1. Qalxanabənzər vəzin ultrasəs müayinəsi — düyünün ölçüsü, strukturu, kənarları, kalsinatların olub-olmaması və qanlanması qiymətləndirilir
  2. Laborator müayinə — düyünün hormonal aktiv olub-olmadığı müəyyən edilir
  3. Göstəriş olduqda incə iynə aspirasion biopsiya — xoşxassəli/bədxassəli fərqi dəqiqləşdirilir
  4. Nəticəyə görə qərar — müşahidə, dərman müalicəsi, radioaktiv yod və ya cərrahi müdaxilə

Yod düyünü kiçildirmi?

Hər qalxanabənzər vəz probleminə və düyününə yod təyin edilmir. Yodun həm azlığı, həm də çoxluğu tiroid funksiyasına mənfi təsir edir. Yanlış içilən hər preparat zərər verə bilər.

Tez-tez verilən suallar

Düyünüm kiçilə bilərmi?

Bəzi düyünlər müşahidə dövründə stabil qalır, bəziləri kiçilir, bəziləri böyüyür. Bu, düyünün növündən asılıdır. Vacib olan onun xarakterinin bilinməsi və müntəzəm izlənməsidir.

Bitki çayları faydalı ola bilərmi?

Qalxanabənzər vəz düyünlərinə təsir edən təsdiqlənmiş bitki müalicəsi yoxdur. Bəzi bitki preparatları isə tiroid funksiyasına və qəbul etdiyiniz dərmanlara müdaxilə edə bilər.

Mənbələr

American Thyroid Association (ATA) — tiroid düyünləri və differensiasiya olunmuş tiroid xərçəngi üzrə bələdçilər · European Thyroid Association (ETA)

Bu saytdakı məlumat maarifləndirmə məqsədi daşıyır, fərdi diaqnoz və müalicə göstərişi deyil və həkim müayinəsini əvəz etmir. Təcili tibbi vəziyyətdə 103 nömrəsinə müraciət edin.

Şikayətiniz varsa müayinəni təxirə salmayın

Endokrin xəstəliklərin əksəriyyəti erkən mərhələdə aşkarlandıqda yaxşı idarə olunur.

Qəbula yazıl WhatsApp